21 
Fev
2017
15:18
39
212
16760
Virtual karabakh

Dünya ölkələrinin xanım vitse-prezidentləri – FOTO

21 Fev, 2017
15:18
16760

Dünya ölkələrinin xanım vitse-prezidentləri – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin I vitse-prezidenti təyin olundu. 

Dünya praktikasından məlumdur ki, bir çox ölkələrdə qadınlar vitse-prezident postunda çalışırlar. 

Oxu.Az xəbər verir ki, Modern.az saytı dünyanın bir sıra ölkələrində vitse-prezident postunda çalışan xanımlarla bağlı kiçik bir araşdırma aparıb.

Bu il yanvarın 23-də Qambiya prezidenti Abama Barrou ölkənin yeni vitse-prezidenti postuna keçmiş səhiyyə naziri Fatumata Callou-Tamabacanqı təyin edib. Bu ölkədə qadınların siyasətdə aktiv təmsil olunması üçün atılmış addım sayılır.

2017-ci ilin 22 yanvarında isə Bolqarıstan prezidenti Rumen Radev yeni vitse-prezident postuna İliyana Yotovanı təyin edib. Buna qədər Avropa Parlamentinin Bolqarıstandan deputatı kimi fəaliyyət göstərmiş Yotova 1964-cü il oktyabrın 24-də doğulub.

Nikaraquada prezident Daniel Orteqa 2017-ci il yanvar tarixli sərəncamı ilə öz həyat yoldaşı, şairə Rosario Murilyonu ölkənin birinci vitse-prezidenti təyin edib.

Peruda yeni seçilən prezident Pedro Kuçinski 2016-cı il iyulun 28-də yeni vitse-prezident təyinatı zamanı qadına üstünlük verib. 45 yaşlı Mersedes Rozalba Fernandez bu posta təyinat alan ilk qadın kimi ölkə tarixinə düşüb.

2015-ci il dekabrın 10-da Argentina prezidenti Maurisio Makri Qabriela Miçettini ölkənin 1-ci vitse-prezidenti postuna təyin edib. Miçetti ölkə tarixində bu posta təyinat alan sayca 2-ci qadındır. O, 1965-ci il mayın 28-də anadan olub.

2015-ci ilin noybarında isə Afrikanın Tanzaniya dövləti özünə yeni vitse-prezidenti seçib. Noyabr seçkilərində qalib gələn Samia Suluhu noybarın 5-dən vitse-prezident səlahiyyətlərini icra edir. O 1960-cıl il yanvarın 27-də anadan olub.

İsveçrədə hər il yeni prezident və vitse-prezident seçilir. 2014-cü il yanvarın 1-dən vitse-prezident səlahiyyətlərini Simonetta Sommaruqa icra etməyə başlayıb. O, 1 il ərzində bu səlahiyyətləri icra edib və 2015-ci ildə artıq prezident kimi 1 il ərzində İsveçrə dövlətini dünyada təmsil edib. Simonetta Sommaruqa 1960-cı il mayın 14-də anadan olub.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri