21 
Fev
2017
17:00
441
302
14125
Virtual karabakh

Eks-Prezident: Bu, əla qərardır...

21 Fev, 2017
17:00
14125

Eks-Prezident: Bu, əla qərardır...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezident təyin olunması əla qərardır. O, həmin vəzifəyə ən münasib namizəd idi”.

Oxu.Az xəbər verir ki, bu sözləri virtualaz.org-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

Keçmiş prezident Mehriban Əliyevanın işgüzar keyfiyyətlərini çox yüksək qiymətləndirib, onun Azərbaycan mədəniyyətinin xaricdə təbliği üçün gördüyü işləri, həyata keçirdiyi və dünyada hörmət qazanan layihələri barədə xatırladıb.

“Bu, dövlətin imici üçün çox mürəkkəb və faydalı işdir. Mən uzun müddət ölkədən kənarda yaşayan adam kimi həyata keçirilən dəyişiklikləri izləmişəm, birinci xanımı nə dərəcədə genişmiqyaslı işlər gördüyünü başa düşürəm. Onun həmin dövlət postuna təyinatını ancaq alqışlamaq olar”, - Mütəllibov bildirib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri