22 
Fev
2017
09:05
64
80
1801
Virtual karabakh

Polad Bülbüloğlu Prezidentin fəxri diplomunu MDHİU-nun rektoruna təqdim edib

22 Fev, 2017
09:05
1801

Polad Bülbüloğlu Prezidentin fəxri diplomunu MDHİU-nun rektoruna təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidentinin fəxri diplomu Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoruna təqdim edilib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Prezidentinin fəxri diplomunu Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) vitse-prezidenti, Moskva Dövlət Humanitar-İqtisad Universitetinin (MDHİU) rektoru Vaqif Bayramova təqdim edib.

MDHİU-da keçirilən təntənəli tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək bildirib ki, fevralın 21-də Azərbaycan xalqının həyatında əlamətdar hadisə baş verib – Azərbaycanın birinci xanımı ölkəmizin birinci vitse-prezidenti təyin edilib:

“Şərqdə ilk dəfə qadınlara səs hüququ vermiş dövlətdə qadının belə yüksək vəzifəyə təyin edilməsi olduqca qürurvericidir. Mehriban xanımın uzun ilər prezidentimizin yaxın silahdaşı, Heydər Əliyev Fondunun prezidenti, parlamentin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, Azərbaycan xalqının ona sevgi və hörməti bu təyinatı labüd edib. Əminəm ki, Mehriban Əliyeva bundan sonra da fəaliyyətində Azərbaycanın inkişafına töhfə verəcək”.

Diplomat Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu V.Bayramova təqdim edərək vurğulayıb ki, o və Rusiyada yaşayan azərbaycanlılar soydaşımızın Moskvanın nüfuzlu ali məktəbinə rəhbərlik etməsindən qürur duyurlar:

“Biz hamımız yaxşı xatırlayırıq ki, Vaqif müəllim MDHİU-ya rektor təyin edilənədək burada vəziyyət heç də yaxşı deyildi. Vaqif müəllimin səyləri nəticəsində MDHİU qabaqcıl universitetlər sırasındadır.  Ali məktəbə rəhbərlik etmək olduqca məsuliyyətli işdir. MDHİU-nun özəlliyi isə ondan ibarətdir ki, burada adi gənclərlə yanaşı, fiziki imkanları məhdud olan gənclər də həyata vəsiqə alırlar. Bu, olduqca nəcib işdir".

Tədbirdə çıxış edən Rusiya Dövlət Duması Təhsil Komitəsi sədrinin müavini Oleq Smolin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Moskva ali məktəbinin rektorunu fəxri diplomla təltif etməsi çox sevindirici haldır. Rusiyanın təhsil naziri Olqa Vasilyeva MDHİU-nun Himayədarlar Şurasının üzvüdür və bu, universitetin fəaliyyətinə Rusiya dövləti tərəfindən böyük önəm verilməsini göstərir".

O.Smolin Vaqif Bayramovun universitetdə təhsil alan əlil tələbələrə xüsusi qayğısından da danışıb. 

Tədbirdə çıxış edənlər Azərbaycan prezidentinin ali mükafatına layiq görülməsi münasibəti ilə MDHİU-nun rektoru Vaqif Bayramovu təbrik edərək ona fəaliyyətində uğurlar arzu ediblər.
Görüşün sonunda universitetin tələbələri konsert proqramı ilə çıxış ediblər. 

Qeyd edək ki, Vaqif Bayramov Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Prezidentinin fəxri diplomuna layiq görülüb. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri