22 
Fev
2017
12:18
14
219
3906
Virtual karabakh

Novruz Məmmədov: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımırdı

22 Fev, 2017
12:18
3906

Novruz Məmmədov: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub. Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb”.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu bu gün “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
 
N.Məmmədov bildirib ki, Ermənistanda tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı 1988-ci ildən sonra qovulub, Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində yüz minlərlə insan məcburi köçkün düşüb:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində törədilən əməllər Dağlıq Qarabağda yaşayan ermənilərin rifahı üçün deyildi, bu ərazilərə sahib olmaq niyyətindən qaynaqlanıb. Dağlıq Qarabağ münaqişəsi erməni dairələrinin ərazi iddialarının son mərhələsi olub, onlar hətta Xocalıda soyqırımı törətməkdən belə çəkinməyiblər. Bu əməllər 20-ci əsrin ruhuna ziddir, ancaq biz bunları yaşamışıq”.
 
“Niyə beynəlxalq təşkilatlar 1 milyondan çox insanın fundamental hüquqlarının pozulmasından danışmırlar? 2015-ci ildə Azərbaycanı Assosiasiya sazişi imzalamağa dəvət edən Avropa İttifaqı sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin işğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür. Avropa İttifaqı və böyük dövlətlər əsasən öz iqtisadi maraqlarını güdür”,  - deyə N.Məmmədov bildirib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri