22 
Fev
2017
20:32
387
35
7006
Virtual karabakh

ABŞ səfiri Xocalı şahidlərini dinləməyə tab gətirmədi

22 Fev, 2017
20:32
7006

ABŞ səfiri Xocalı şahidlərini dinləməyə tab gətirmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ səfiri Robert Sekuta və xanımı Goranboyda Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə oldu. Səfir mənə dedi ki, Xocalı soyqırımının şahidlərini eşitmək istəyir. Mən bir neçə hadisə şahidi tapdım. Səfir və xanımının iki nəfəri dinlədikdən sonra qalan şahidləri dinləməyə gücü çatmadı. Xocalı soyqırımının şahidlərinin dediklərindən sonra səfirin xanımının halı pisləşdi.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayan icra başçısı bildirib ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılmasında böyük işlər görür.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri