24 
Fev
2017
18:35
151
76
1780
Virtual karabakh

İlham Əliyev Küveyt əmirini təbrik edib

24 Fev, 2017
18:35
1780

İlham Əliyev Küveyt əmirini təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbriki məktubu göndərib. 

Oxu.Az xəbər verir ki, təbrikdə deyilir: 

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm".

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri