25 
Fev
2017
12:20
171
53
1934
Virtual karabakh

Əli Əhmədov Xocalı soyqırımı ilə bağlı abidənin ucaldılmasından danışdı

25 Fev, 2017
12:20
1934

Əli Əhmədov Xocalı soyqırımı ilə bağlı abidənin ucaldılmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deputatların Xocalı Muzeyinin yaradılması, eləcə də Şəhidlər xiyabanında soyqırımla bağlı adibənin ucaldılması təklifinə münasibət bildirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Ə.Əhmədov deyib ki, Xocalı soyqırımı, bu qətliamın Azərbaycan xalqının tarixi yaddaşına çevrilməsi və bütün dünyada təbliğ olunması istiqamətində səsləndirilən bütün təkliflərə müsbət yanaşmaq lazımdır.

Baş nazirin müavini qeyd edib ki, Milli Məclisdə qaldırılan bu məsələlərə də müsbət yanaşmaq olar: “Məqsədimiz ondan ibarətdir ki, Xocalı unudulmasın və təbii ki, unudulmur. Amma söhbət təkcə bunu unutmamaqdan getmir.

Söhbət həm də ondan getməlidir ki, biz Xocalı faciəsini törədənlərin ədalət mühakiməsi qarşısına çıxarılmasına, onların törətdikləri qətliama cavab vermələrinə nail olmalıyıq. 

Bütün dünya və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Təbliğat işləri də aparılmalıdır. Lakin bununla yanaşı, bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısınlar. Təbii ki, bu soyqırım qurbanlarının qətlinə, qanına bayis olan insanlar öz layiqli cavablarını alsınlar”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri