25 
Fev
2017
12:50
394
21
2704
Virtual karabakh

İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib

25 Fev, 2017
12:50
2704

İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina, habelə senatorlar Mariya Rizzotti və Hans Berqer Xocalı soyqırımın 25-ci ildönümü münasibəti ilə Senatın plenar iclasında çıxış ediblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, senatorlar ermənilərin Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliklər, baş vermiş insan itkiləri və qurbanların başına gətirdiyi ağır işgəncələrdən bəhs ediblər.

Parlamentarlar həmçinin Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat veriblər, soyqırımı törədən Ermənistan, bu gün ona rəhbərlik edən və birbaşa Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb ediblər.

Onlar İtaliya parlamenti və hökumətini bu faciəyə biganə qalmamağa, gələcəkdə bu cür bəşəriyyət əleyhinə cinayətlərin qarşısını almaq məqsədilə, soyqırımı tanımağa dəvət ediblər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri