25 
Fev
2017
14:46
283
183
3815
Virtual karabakh

İlham Əliyevin İrana səfərinə hazırlıq gedir

25 Fev, 2017
14:46
3815

İlham Əliyevin İrana səfərinə hazırlıq gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinə hazırlıq gedir. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, hələlik səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən, imzalanacaq sənədlərdən danışmaq tezdir. Bununla yanaşı, Ş.Mustafayev səfərin konkret tarixini də açıqlamayıb.

“Qarşılıqlı maraq doğuran məsələlər yüksək səviyyədə və qarşılıqlı hörmət, dostluq şəraitində müzakirə olunacaq”, - deyə o qeyd edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri