25 
Fev
2017
15:54
36
278
7963
Virtual karabakh

Səməd Seyidov: Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir

25 Fev, 2017
15:54
7963

Səməd Seyidov: Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbhə xəttində gərginlik Yerevan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq üçün törətdiyi növbəti təxribtıdr.

Oxu.Az xəbər verir ki, bunu virtualaz.org-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ATƏT-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun fikrincə, hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir.

“Bu Ermənistan hökumətinin yoxlanmış metodudur – çətinə düşəndə bundan istifadə edirlər. Seçki ərəfəsində Sarkisyan hökuməti əhalinin artan narazılığı ilə üzləşir, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar dalana dirənib, Dağlıq Qarabağdakı “referendum” cəhdi baş tutmayıb”, - Seyidov deyib.

Onun sözlərinə görə, erməni tərəfinin bu hərəkətləri dünya ictimaiyyəti üçün getdikcə daha aşkar olur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri