Mar
2017
14:00
81
40
2258
Virtual karabakh

Opra Uinfri prezident seçkilərində iştirak etməyi düşünür

3 Mar, 2017
14:00
2258

Opra Uinfri prezident seçkilərində iştirak etməyi düşünür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı televiziya aparıcısı Opra Uinfri (Oprah Winfrey) Donald Trampın qələbəsindən sonra ABŞ-da prezident seçkilərində iştirakını istisna etmir.

Oxu.Az BBC Azərbaycanca”ya istinadla xəbər verir ki, siyasi təcrübəsizliyinə baxmayaraq, Trampın qələbəsi onu namizədliyini irəli sürmək haqqında düşünməyə vadar edib.

69 yaşlı ulduz keçən seçkilərdə Trampın rəqibi Hillari Klintonu dəstəkləyirdi. İndi isə namizədliklə bağlı eyhamlar vurur.

“Heç vaxt sualın mümkünlüyünü ağlımdan keçirməmişəm”, - o, “Bloomberg” televiziya proqramında iqtisadçı Devid Rubenşteynin namizədliklə bağlı sualına cavabında deyib.

Cənab Trampa müraciətlə Rubenşteyn bildirib ki, Birləşmiş Ştatların prezidenti seçilmək üçün siyasi təcrübəyə ehtiyac yoxdur.

“Mən də elə bunu düşündüm. Fikirləşdim ki, Mənim də təcrübəm yoxdur, heç kifayət qədər bilgiyə də sahib deyiləm. İndi isə fikirləşirəm”, - deyə Uinfri davam edib.

Uinfri 2008-ci ildə keçmiş prezident Barak Obamanı dəstəkləyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri