15 
Mar
2017
09:53
86
28
1051
Virtual karabakh

AŞPA Komitəsinin iclasında Qarabağ probleminə dair müzakirələr aparılacaq

15 Mar, 2017
09:53
1051

AŞPA Komitəsinin iclasında Qarabağ probleminə dair müzakirələr aparılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası başlayıb. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, iclas iki gün davam edəcək. 

“Bu gün iclasda Azərbaycanın üzləşdiyi təcavüz, qaçqın və məcburi köçkün problemi,  danışıqlar prosesinə Ermənistanın da münasibəti məsələləri qaldırılacaq”, - deyə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini əlavə edib ki, toplantıda dünyada, yaxın şərqdə baş verən münaqişələr, humanitar addımlar adı altında dövlətlərin daxili işinə qarışılması, təcavüz mövzularına toxunulacaq.

Tədbirdə Avropa strukturlarının Dağlıq Qarabağ probleminə münasibəti məsələsinə də diqqət yetiriləcək.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri