16 
Mar
2017
16:55
155
43
5210
Virtual karabakh

Tramp Snup Doqqu qalmaqallı klipə görə qınadı – VİDEO

ABŞ prezidenti Donald Tramp amerikalı reper Snup Doqqu tənqid edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə martın 15-də “Twitter” hesabında yazıb. 

“Təsəvvür edə bilərsiniz, əgər Snup Doqq öz uğursuz karyerası zamanı tapançanı prezident Obamaya tuşlasaydı, necə qalmaqal yaranardı?”, - deyə Tramp yazıb.

Prezident əlavə edib ki, reperi mütləq həbsxanaya salardılar. 

Sözügedən ekran işi klounlar dünyasını əks etdirir. Onlardan biri xarici görünüşü ilə Trampı xatırladır, reper silahı ona tuşlayır və atəş açır.         

Xatırladaq ki, 2016-cı ilin noyabr ayında prezident seçkilərində Trampın qələbəsindən sonra Snup Doqq Kanadaya köçmək istədiyini söyləmişdi. 

A.S.
www.oxu.az

Digər Siyasət xəbərləri