17 
Mar
2017
09:56
350
66
1989
Virtual karabakh

Prezident: Əhalinin keyfiyyətli su təminatı ilə bağlı tədbirlər həyata keçirilir – YENİLƏNİB

17 Mar, 2017
09:56
1989

Prezident: Əhalinin keyfiyyətli su təminatı ilə bağlı tədbirlər həyata keçirilir – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Ümumdünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov oxuyub.

Müraciətdə deyilir: “Bakıda keçirilən Ümumdünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının açılışı münasibəti ilə hər kəsi salamlayır, tədbirin işində uğurlar arzulayıram. İdarə Heyətinin növbəti toplantısını, eləcə də 8-ci Dünya Su Forumunun beynəlxalq aparıcı komitəsinin dördüncü iclasının regionda ilk dəfə Bakı şəhərində təşkili təqdirəlayiq hadisə olub beynəlxalq aləmdə Azərbaycana göstərilən yüksək etimadın nümunəsidir. 

Hazırda dünyada qlobal su çatışmazlığı problemlərinin kəskinləşdirilməsi, su resurslarından səmərəli istifadə və su ehtiyatlarının inteqarsiyalı idarə olunması, transsərhəd su resurslarının istifadəsi və qorunmasında birgə əməkdaşlığı zəruri edir. 

Ölkənin bu sahədə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə davamlı təmin edilməsi, insanlara göstərilən sanitariya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Yeni texnologiyalara əsaslanmaqla icra olunan içməli su və kanalizasiya layihələri əhalinin sağlamlığının qorunmasına, həmçinin ekoloji təhlükəsizliyin təmin edilməsinə xidmət göstərir. 

Ölkəmizin dünya su sektorunda nüfuzlu təşkilatlardan sayılan Dünya Su Şurasının təmsil olunması bu sahədə əlaqələrin genişləndirilməsi və qarşıya çıxa biləcək problemlərin birgə səylərlə aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümidvaram ki, toplantı beynəlxalq miqyasda su ehtiyatlarından, transsərhəd su mənbələrindən səmərəli və inteqrasiyalı istifadə ilə bağlı aktual məsələlərin birgə həllindən, qarşılıqlı faydalı əməkdaşlığa və perspektiv fəaliyyət istiqamətlərinin nümayəndələrinə öz töhfəsini verəcək”.

09:51

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən “Ümumdünya Su Şurasının İdarə Heyətinin 61-ci toplantısı”nın iştirakçılarına müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov oxuyub.

Ölkə başçısı müraciətində Bakıda keçirilən bu tədbirin əhəmiyyətli olduğunu vurğulayıb. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri