17 
Mar
2017
14:07
87
12
2673
Virtual karabakh

Məlahət Abbasova Türkiyənin birinci xanımı ilə görüşüb – FOTO

17 Mar, 2017
14:07
2673

Məlahət Abbasova Türkiyənin birinci xanımı ilə görüşüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayan Əməkdar artist Məlahət Abbasova Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşkil etdiyi ziyafətdə olub.

Oxu.Az Qafqazinfo-ya xəbər verir ki, Prezident sarayında təşkil olunan məclisdə xanım iş adamları, sənətçilər, idmançılar bir araya gəliblər.

Ziyafətdə tək azərbaycanlı kimi M.Abbasova iştirak edib. Aktrisa birinci xanımla çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.

O, Əminə Ərdoğanla xeyli söhbət etdiyi vurğulayıb:

“Həm TRT 1-də yayımlanan “Sevda kuşun kanalında” serialından, həm də teatrdakı faəliyyətimizdən söhbət etdik. 

O, teatrda canlandırdığım “İblis” tamaşasına gələcəyini dedi. Gözəl dəvətə görə Əminə Ərdoğana təşəkkür edirəm”.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri