27 
Mar
2017
08:57
88
16
1291
Virtual karabakh

Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək

27 Mar, 2017
08:57
1291

Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Birliyin toplantısında Azərbaycanı baş nazirin müavini İsmət Abasov, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı hökumət rəhbəri Pavel Filip və Ukraynanı baş nazir Vladimir Qroysman təmsil edəcək.

İştirakçılar müzakirələrin birinci mərhələsində GUAM-ın azad ticarət zonasının perspektivlərini nəzərdən keçirəcəklər. Danışıqların ikinci mərhələdə isə birliyin nəqliyyat dəhlizinin yaradılması diqqət mərkəzində olacaq.

Xəbərdə bildirilir ki, səhər keçiriləcək iclasdan sonra danışıqların iştirakçıları biznes-foruma da baş çəkəcəklər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri