19 
Apr
2017
11:13
239
107
15797
Virtual karabakh

Alina Kabayeva Mehriban Əliyevanın təyinatından danışdı

Məşhur olimpiya çempionu Alina Kabayeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsinə münasibət bildirib, eləcə də Azərbaycanda bədii gimnastikanın inkişafına dair fikirlərini bölüşüb. 

Oxu.Az bu barədə haqqin.az-a istinadən xəbər verir. 

“Bəlkə də kişi siyasətçilərə məxsus olmayan yeganə xüsusiyyət qadın cazibəsidir. Qadın üçün siyasətdə qalan heç bir halda imtiyaz nəzərdə tutulmayıb. Mehriban Əliyeva ölkəsində idmanın inkişafı üçün çox şey edib. Bədii gimnastika Azərbaycanda onun səyləri nəticəsində yüksək inkişaf səviyyəsinə çatıb.

Amma belə bir nəticə üçün möhkəm maddi bazanın mövcud olduğu halda, sadəcə, arzu və cazibə yetərli deyil. Müxtəlif məqamları yaxşı düşünüb, daima nəzarətdə saxlamaq, lazımi vaxt müəyyən dəyişikliklər etmək lazımdır... Yəni bir neçə il ərzində ciddi iş aparmaq lazımdır. Əgər belə bir iş səmərəli və keyfiyyətli şəkildə aparılarsa, niyə də öz qüvvəni başqa, daha vacib və məsuliyyətli istiqamətdə yoxlamayasan?

Mən bütün siyasətçi qadınlara ürəkdən uğurlar arzu edirəm! Onların miqyaslı və ya kiçik problemləri həll etmələrindən asılı olmayaraq, əsas məqam insanlara və ölkəsinə xidmətləridir”, - məşhur gimnast “Moskva-Baku” saytına verdiyi müsahibəsində bildirib.

S.B
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Siyasət xəbərləri