20 
Apr
2017
15:03
13
99
1317
Virtual karabakh

Milli Məclisin qapalı iclasının keçirilməsi qaydaları dəyişdirilir

20 Apr, 2017
15:03
1317

Milli Məclisin qapalı iclasının keçirilməsi qaydaları dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Məclisinin qapalı iclasının keçirilməsi qaydaları dəyişdirilir. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Milli Məclisin daxili Nizamnaməsinə ediləcək dəyişikliklərdə əksini tapıb.

Nizamnamənin 3-cü maddəsinin ikinci hissəsinin təklif olunan yeni redaksiyasına əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin IV hissəsinə uyğun olaraq Milli Məclisin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Milli Məclisin sessiyasının qapalı iclası keçirilə bilər”.

Maddənin qeyd olunan hissəsinin hazırda qüvvədə olan variantı isə belədir: “Milli Məclisin qapalı iclaslarının məzmunu haqqında məlumatlar aşkarlana bilməz və yalnız Milli Məclisin deputatları tərəfindən onların Milli Məclisdəki fəaliyyətində istifadə edilə bilər”.

Layihə parlamentin birgə komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri