21 
Apr
2017
14:04
9
204
2283
yuxarı
Məmmədyarov-Lavrov-Nalbandyan görüşünün vaxtı məlum oldu
21 Apr, 2017
14:04
2283
9
204
Məmmədyarov-Lavrov-Nalbandyan görüşünün vaxtı məlum oldu
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.
Başqa bir mənbə isə APA-ya xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.
Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb.
N.О.