21 
Apr
2017
18:35
28
171
2932
Virtual karabakh

Aydın Əliyev Kosovonun ÜGT-na üzvlüyünə qarşı çıxıb

21 Apr, 2017
18:35
2932

Aydın Əliyev Kosovonun ÜGT-na üzvlüyünə qarşı çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı keçirilir.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı DGK sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.    

Konfransda Azərbaycanın ÜGT-nin Siyasi Komissiyasına üzvlüyünün bir neçə aydan sonra başa çatacağı nəzərə alınaraq, Azərbaycanın ÜGT-nin Maliyyə Komitəsinə üzvlüyə namizədliyi irəli sürülüb və qəbul olunub.

Daha sonra A. Əliyev Kosovonun ÜGT üzvlüyə qəbul edilməsi məsələsinə Azərbaycan tərəfinin münasibətini açıqlayıb. DGK sədri xatırladıb ki, bu məsələ 2012-ci ildə ÜGT-nin Baş qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının 119/120-ci sessiyalarında da qaldırılıb. Azərbaycan tərəfi hələ o zaman ÜGT və BMT-nin müvafiq sənədlərinə əsaslanaraq, bu məsələnin ümumiyyətlə müzakirə predmeti olmadığını diqqətə çatdırıb.

Əliyev Azərbaycanın digər dövlətlərin də ərazi toxunulmazlığı problemi ilə üzləşdiyini bir daha diqqətə çatdıraraq ÜGT-nin siyasi məsələlərin meydanına çevrilməsini yolverilməz sayıb. 

Qeyd edilib ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir. ÜGT-nin qarşısında həlli vacib problemlər durduğu halda, gömrük məsələləri üzrə dövlətlərin əməkdaşlığı üçün yaradılmış bir təşkilatın iclaslarında siyasi məsələlərə yer ayrılmamalıdır. 

Üstəlik, Kosovo ilə bağlı məsələ 2012-ci ildə ÜGT-nin Siyasi Komissiyasında müzakirə olunub və Kosovonun təşkilata üzvlüyə qəbul edilməməsi barədə qərar qəbul edilib. Bu qərar qüvvədə olduğu üçün Azərbaycan tərəfi üzvlük məsələsinin yenidən müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri