22 
Apr
2017
09:33
171
49
3010
Virtual karabakh

Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı – FOTO + VİDEO

22 Apr, 2017
09:33
3010

Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub.

Oxu.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, tədbirdə UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklərin, müşahidə missiyalarının rəhbərləri, üzvləri, bir çox mədəniyyət adamları və ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin Azərbaycanın namizədi ilə görüşməyə imkan yaratdığını, P.Bülbüloğlunun təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb.

O, zəngin təcrübəyə malik Polad Bülbüloğlunun bu vəzifəyə tam uyğun olduğunu və baş direktor seçiləcəyi təqdirdə UNESCO-nun daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

Daha sonra UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxış edib. O, baş direktor seçiləcəyi təqdirdə zəngin təcrübəsini onlarla bölüşəcəyini bildirib. Səfir hazırda dünyada mövcud olan mürəkkəb vəziyyətdən söz açaraq savaşların minimuma endirilməsinin, humanitar sahədə daha da fəallıq nümayiş etdirərək sülhə nail olmağın önəmini qeyd edib.

Serbiyanın UNESCO-dakı səfiri Darko Tanaskoviç deyib: “Mən Azərbaycanda səfir işləmişəm. Ona görə də, Azərbaycan və azərbaycanlılarla bağlı gözəl xatirələrim var. UNESCO-nun növbəti rəhbərinin kim olacağını indidən söyləmək çətindir. 

Amma onu dəqiq deyə bilərəm ki, Azərbaycanın güclü namizədi var. Biz bu gün bunun bir daha şahidi olduq. Polad Bülbüloğlunun tərcümeyi-halı ilə də tanış olduq. Budəfəki seçkilərdə bir çox iddialı ölkələrdən namizədlər irəli sürülüb. Seçkidə səs verəcək bir şəxs kimi deyə bilərəm ki, sizin namizəd olduqca güclüdür”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri