22 
Apr
2017
11:26
191
115
1732
Virtual karabakh

İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib

22 Apr, 2017
11:26
1732

İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Avstriya Respublikasının keçmiş prezidenti Haynts Fişeri qəbul edib.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırladılar. 

Dövlətimizin başçısı İlham Əliyev və keçmiş Prezident H.Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd etdi. 

Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulandı, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri