24 
Apr
2017
15:48
12
384
2976
Virtual karabakh

Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətində problemlər var

24 Apr, 2017
15:48
2976

Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətində problemlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm ƏsgərovŞahbaz Quliyevin azad olunması istiqamətində işlər davam etdirilir.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, bu məsələ gündəlik olaraq Dövlət Komissiyasının diqqət mərkəzindədir:

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Komissiyanın sədrinin göstərişi ilə fəaliyyətimizi davam etdiririk. Bizdə olan məlumata görə, girovluqda olan şəxslərin səhhətlərində müəyyən problemlər yaranıb. Bu məsələ Dövlət Komissiyası tərəfindən əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilatlar da onların səhhəti ilə bağlı məsələnin monitorinq ediləcəyini, hətta beynəlxalq həkimləri ora dəvət edərək onların sağlamlıq vəziyyətinin yoxlanılacağını bildiriblər”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri