26 
Apr
2017
15:04
54
251
23779
Virtual karabakh

Bakının yeni prokuroru kimdir? – FOTO + YENİLƏNİB

26 Apr, 2017
15:04
23779

Bakının yeni prokuroru kimdir? – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.

Oxu.Az Lent.az-a istinadən bildirir ki, Naxçıvan şəhərində anadan olmuş 44 yaşlı İlqar Abbasov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib.

Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.

İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb, hazırda təqaüddədir.

Z.Q.

12:30

Bakı şəhərinə yeni prokuror təyin edilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.

İ.Abbasov bu gün Bakı Şəhər Prokurorluğunun kollektivinə təqdim olunacaq.

Qeyd edək ki, Bakı şəhər prokuroru olmuş Əziz Seyidovun səlahiyyət müddəti başa çatıb. Aprelin 25-də Ə.Seyidov Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi təyin edilib.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri