26 
Apr
2017
22:36
147
18
4232
Virtual karabakh

AŞ-nın komissarı azərbaycanlı deputatın kəskin sualı ilə üz-üzə

26 Apr, 2017
22:36
4232

AŞ-nın komissarı azərbaycanlı deputatın kəskin sualı ilə üz-üzə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası ərəfəsində Avropa Şurası çərçivəsində fəaliyyət göstərən və erməni maraqlarına xidmət edən gizli şəbəkə haqqında üç avropalı müəllifin imzası ilə geniş təhlili yazı yayılmışdı. Həmin tənqidi yazının mərkəzində Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin şübhəli əməlləri dayanır. 

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün sessiyada insan hüquqları üzrə komissarın hesabatı dinlənildikdən sonra ona suallar ünvanlanıb. 

Həmişə ölkəmizə qarşı kəskin mövqeyi ilə seçilmiş, Ermənistanın maraqlarına xidmət edən antiazərbaycan siyasət aparan N.Muiznieks haqqındakı həmin ifşaedici materialı ilk növbədə assambleya üzvlərinin diqqətinə çatdıran deputat Rafael Hüseynov komissara belə bir sual verib: 

“Son dövrlərdə Avropa Şurasının müxtəlif strukturlarında təmsil olunan bir sıra şəxslərin təşkilatın prinsipləri ilə uyğun gəlməyən qanunsuz fəaliyyətləri haqqında xoşagəlməz məlumatlar ortaya çıxır. Belə hesabatlardan biri də indi yayılıb və faktlarla dolu olan bu sənəd təəssüf ki, sizin gizli erməni şəbəkəsi ilə bağlı olmağınızı göstərir. Yəqin ki, siz bu təhlil materialını araşdırıb gələcəkdə cavab verəcəksiniz. Bütün bunları dostcasına deyirəm və arzulayıram ki, münasibətlərinizdə ehtiyatlı olasınız.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarını ziyarət edərkən tutulan azərbaycanlı Dilqəm Əsgərov separatçı Dağlıq Qarabağ rejiminin heç bir qanuni əsasa malik olmayan “məhkəməsi” tərəfindən ömürlük həbs cəzasına məhkum edilib və işgəncələr altında saxlanmaqdadır. İnsan hüquqları komissarı olaraq Dilqəm Əsgərovun bu qanunsuz həbsdən azad edilməsinə hansı təsir mexanizmindən istifadə edə bilərsiniz?”

N.Muiznieks özünün erməni şəbəkəsi ilə bağlılıqları haqda sənədlə tanış olduğunu təsdiqləyərək etiraf edib ki, həqiqətən onun çoxlu görüşləri olub və guya bunlar onun tutduğu vəzifənin tələbi ilə gerçəkləşib. Amma cavabında sırf ermənipərəst mövqedə dayandığını gizlətməyərək Ermənistanla bağlı gizli şəbəkə ilə əlaqədar faktların üzərindən sükutla keçib. O, Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini ifadə edib. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualının Dilqəm Əsgərovla bağlı hissəsinə gəlincə isə yenə birbaşa cavabdan qaçaraq guya bu məsələnin onun mandatı çərçivəsində olmadığını bildirib. Halbuki həmin problem bilavasitə Avropa Şurasının insan hüquqları üzrə komissarının fəaliyyətləri çərçivəsinə daxildir və yeri gəlmişkən, Dilqəm Əsgərovun azad edilməsi ilə bağlı ötən sessiyalarda Avropa Şurası kürsüsündən baş katib Torbyorn Yaqlandın ayrıca çağırışı da olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri