28 
Apr
2017
15:52
209
19
2769
Virtual karabakh

Şuşada çıxış edən musiqiçilər “qara siyahı”ya salınacaq

28 Apr, 2017
15:52
2769

Şuşada çıxış edən musiqiçilər “qara siyahı”ya salınacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İtaliya və Sloveniyadan olan musiqiçilərin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri Azərbaycanın bu ölkələrdəki səfirlikləri tərəfindən araşdırılacaq, həmin ölkələrin müvafiq strukturlarına sorğular göndəriləcək”.  

Oxu.Az-ın məlumatına görə, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Dağlıq Qarabağdakı separatçı rejimin dəvəti ilə “Sülh naminə incəsənət” layihəsi çərçivəsində italiyalı pianoçu və dirijor Luka Ferini, sloveniyalı klarnet ifaçısı Yoje Kotar və skripkaçı Çrtomir Şişkoviçin Şuşadakı rəssamlıq muzeyində konsert proqramı ilə çıxış etməsinə münasibət bildirən H.Hacıyev bildirib ki, aparılan araşdırma nəticəsində həmin şəxslərin adları “arzuolunmaz şəxslər” siyahısına salınacaq:

“Musiqi və incəsənət sülhə xidmət etməli olduğu halda, müəyyən maddi maraqlar naminə sözügedən əcnəbi musiqiçilərin Ermənistanın təbliğat maşınının alətinə çevrilmələri, işğal olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı törədilən vandalizm siyasətinin ört-basdır edilməsinə xidmət etmələrini kəskin şəkildə qınayırıq. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır. Bu kimi qanunsuz fəaliyyət hüquqi məsuliyyət ehtiva edir”.   

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri