28 
Apr
2017
16:56
190
58
1818
Virtual karabakh

Lavrov, Məmmədyarov və Nalbandyan görüşü İlham Əliyevə məruzə ediləcək

28 Apr, 2017
16:56
1818

Lavrov, Məmmədyarov və Nalbandyan görüşü İlham Əliyevə məruzə ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü zamanı aparılmış müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək”.

Oxu.Az xəbər verir ki, bunu xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri