28 
Apr
2017
18:32
457
57
3775
Virtual karabakh

Putinlə Ərdoğan Qarabağı müzakirə edəcək

28 Apr, 2017
18:32
3775

Putinlə Ərdoğan Qarabağı müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 

Rusiya prezidenti Vladimir Putin mayın 3-də Soçidə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Qarabağ münaqişəsini də müzakirə edəcək.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Tərəflər Qarabağla yanaşı, digər regional və beynəlxalq problemləri, xüsusən Suriya münaqişəsini də diqqətdə saxlayacaqlar.

“Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin bütün spektri, o cümlədən 10 martda Moskvada 6-cı Ali Əməkdaşlıq Şurasının iclasında  əldə olunmuş razılaşmaları da gözdən keçirəcəklər”-deyə Kremlin mətbuat xidməti məlumat yayıb.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri