29 
Apr
2017
00:49
204
47
8833
Virtual karabakh

Abid Şərifov “xruşovka” binaların sökülməsinə münasibət bildirib

29 Apr, 2017
00:49
8833

Abid Şərifov “xruşovka” binaların sökülməsinə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Bakıda yerləşən “xruşovka”  tipli beton yaşayış binalarının sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, o, “ASAN radio”nun “QəbuldASAN” verilişində Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə ilk növbədə mikrorayon ərazilərində yerləşən beton binaların sökülməsi ilə bağlı pilot layihə hazırlandığını söyləyib.

Baş nazirin müavini deyib ki, buna səbəb mikrorayonlarda bu cür yaşayış binalarının nöqsanlı tikilməsidir: 

“Çünki belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir. Ona görə də ilk növbədə beton evlər sökülməlidir. Əsas məsələ insanların sağlamlığını düşünməkdir. Lakin yaxın müddətdə mikrorayonlardan kənarda olan belə yaşayış evlərinin sökülməsi nəzərdə tutulmur”.

A.Şərifov vurğulayıb ki, “Montin”də beton binalar olmadığından orada hansısa söküntünün aparılması gündəmdə deyil.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri