May
2017
12:08
428
149
6464
Virtual karabakh

Tahir Salahov, Dmitri Dibrov və digərləri Leyla Əliyevanın sərgisinin açılışında – FOTO

5 May, 2017
12:08
6464

Tahir Salahov, Dmitri Dibrov və digərləri Leyla Əliyevanın sərgisinin açılışında – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zurab Tseritelinin İncəsənət Qalereyasında “Live Life” (“Canlı həyat”) adlı xeyriyyə sərgi layihəsinə start verilib. Layihə çərçivəsində Leyla Əliyeva ətraf mühitin problemlərinə diqqət çəkmək məqsədi ilə öz rəsm əsərlərini təqdim edib. İrina Viner-Usmanova, Sati Kazanova, Dmitri Dibrov, Tahir Salahov, Aydan Salahova və digər qonaqlar Leyla Əliyevanı ekspozisiyanın açılışı münasibətilə təbrik etməyə gəliblər. 

Oxu.Az bu barədə spletnik.ru-ya istinadən xəbər verir. 

Sərginin təşkilatçıları Leyla Əliyevanın sədrliyi ilə İDEA İctimai Birliyi, Rusiya Sənət Akademiyası və Moskva Müasir İncəsənət Muzeyi olub.

Moskvada ekspozisiyanı mayın 24-nə qədər seyr etmək olar.

Keçən il “Live Life” layihəsi Berlin, London və Parisdə keçirilib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri