16 
May
2017
12:57
174
51
4451
Virtual karabakh

Millət vəkilləri: Rusiya-Azərbaycan münasibətləri pozula bilər

16 May, 2017
12:57
4451

Millət vəkilləri: Rusiya-Azərbaycan münasibətləri pozula bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-lərinin fəaliyyəti yoxlanılmalıdır”.

“Bəzi qüvvələr var ki, Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışırlar. İki ölkə prezidentlərinin münasibəti normaldır”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Arif Rəhimzadə deyib.

O bildirib ki, bu cür addımlar iki ölkə arasındakı münasibətlərə kölgə salır.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, ona görə də tərəfsizliyini nümayiş etdirməlidir: “Biz bunu görmürük. Ola bilməz ki, hansısa qeyri-hökumət təşkilatının sənədlərində problem olmasın. Bu, həll edilə bilən bir şeydir”.

Deputat Əli Hüseynli də çıxışında qeyd edib ki, Rusiyanın bu qərarı anlaşılan deyil: “Son illər Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq”.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun sözlərinə görə, “Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi hər kəsi narahat edir. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri həmişə yaxşı olub. Buna baxmayaq, Rusiyada bəzi dövlət məmurları öz maraqlarını üstün tutaraq bu cür addımlar atır”.

O bildirib ki, Azərbaycanda rus məktəbləri fəaliyyət göstərir: “Ermənistanda isə heç rus dilində bağça yoxdur. Biz beynəlxalq təşkilatların Rusiyaya qarşı mövqeyi fərqli olanda da həmişə neytrallığımızı qoruyuruq. Amma qarşı tərəf bunu nəzərə almır. Bununla bağlı Rusiya hökumətinə müraciət olunmalıdır. Bu cür addımlar münasibətlərin pisləşməsinə rəvac verir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq müraciət edəcəyəm ki, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatlarının fəaliyyəti yoxlanılsın, onlar hesabat versinlər”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri