16 
May
2017
18:05
17
84
1785
Virtual karabakh

Azərbaycan diplomatlarının fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir

16 May, 2017
18:05
1785

Azərbaycan diplomatlarının fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın diplomatik orqanlarının əməkdaşlarının fəaliyyətinə nəzarət genişləndirilir, bütün diplomatik xidmətdə olanların fəaliyyətinin attestasiya edilməsi qaydası konkretləşdirilir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik təklif edilir.

Layihəyə əsasən, qanunun 14-cü (Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi) maddəsinə əlavə edilən yeni bəndə görə, “müvafiq vəzifələrdə azı 1 il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir”.

Maddənin 3-cü bəndi isə dəyişdirilərək belə verilir: “xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir”. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri