16 
May
2017
21:29
194
75
12506
yuxarı
Dövlət qulluqçularının mükafatlandırılması üçün staj müddəti azaldılıb
16 May, 2017
21:29
12506
194
75
Dövlət qulluqçularının mükafatlandırılması üçün staj müddəti azaldılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sənədə əsasən 6-cı hissədə “(1 il)” sözləri “(6 ay)” sözləri ilə əvəz edilir.
Dəyişikliklər dövlət qulluqçularının kollektiv mükafatlandırılması staj müddəti (1 il) başa çatmamış olan qulluqçuya (stajçıya) şamil olunmur.
Eyni zamanda fərmanda qeyd olunur ki, 10-cu hissədə isə “attestasiya komissiyasının tövsiyəsi” sözləri “xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi” sözləri ilə əvəz edilsin.
S.B.
www.oxu.az