17 
May
2017
17:53
119
27
3093
Virtual karabakh

XİN rəhbərinin müavini Aİ ilə Azərbaycan arasında vizanın aradan qaldırılmasından danışdı

17 May, 2017
17:53
3093

XİN rəhbərinin müavini Aİ ilə Azərbaycan arasında vizanın aradan qaldırılmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi və readmissiya sənədini 1-2 il əvvəl imzalamışıq. Hazırda bu sənədin icrası monitorinq altındadır”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. 

O bildirib ki, yaxın vaxtlarda tərəflərin iştirakı ilə Rəhbər Komitənin üçüncü görüşü keçiriləcək. Nazir müavininin sözlərinə görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında vizalarla bağlı məsələlərin necə həyata keçirilməsi müzakirə olunacaq. 

M.Məmmədquliyev hesab edir ki, bəzi məsələlər var və onları aradan qaldırmaq lazımdır: “Mən istəyərdim ki, üçüncü görüşdən sonra bütün bu məsələlər həllini tapsın və artıq Azərbaycanla Avropa İttifaqı tərəfindən qarşılıqlı iradlar olmasın. Əgər iradlar olmasa, biz vizanın aradan qaldırılması ilə bağlı dialoqa, danışıqlara başlayacağıq. Danışıqlar onların hazırlayacaqları fəaliyyət planının icrası ilə bağlı olacaq. Biz həmin fəaliyyət planını icra edəndən sonra vizanı tam aradan qaldıra və vizasız rejimə keçə bilərik. Bu mütləq olacaq, amma müəyyən vaxt lazımdır”.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri