18 
May
2017
11:06
46
30
951
Virtual karabakh

USAID-ın nümayəndəsi Azərbaycandadır

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administrator köməkçisi vəzifəsini icra edən Marqo Ellis Azərbaycana gəlib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, M.Ellis Bakıda Azərbaycanın iqtisadi inkişaf məsələlərində xarici dəstəyin rolunu və təsirini müzakirə etmək məqsədilə donor təşkilatlar və agentliyin tərəfdaşı olan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.

Eyni zamanda, onun ümumi inkişaf prioritetlərini müzakirə etmək üçün Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.

Səfər mayın 20-də başa çatacaq.

Qeyd edək ki, M.Ellis Bakıdan sonra Tbilisiyə yollanacaq. O, mayın 20-25-də Gürcüstan paytaxtında görüşlər keçirəcək.

Z.Q.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Siyasət xəbərləri