18 
May
2017
19:13
18
111
3943
Virtual karabakh

Azərbaycan XİN-dən Mariya Zaxarovanın şərhinə – MÜNASİBƏT

Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvləri ilə təbii olaraq Azərbaycan təmas saxlayır. Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya erməni İttifaqının üzvləri ilə təmasdadır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibət bildirərkən deyib.

“Məndə olan məlumata görə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apelyasiya müraciəti müvafiq qayda da baxılacaq və məsələ öz müsbət həllini tapacaq”, - H.Hacıyev bildirib.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

S.B.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Siyasət xəbərləri