19 
May
2017
12:17
116
25
8930
Virtual karabakh

Birinci xanım siyasətdən getdi, klip çəkdirdi - VİDEO

19 May, 2017
12:17
8930

Birinci xanım siyasətdən getdi, klip çəkdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın yeni prezidenti Emmanuel Makron və xanımı Bricit Makron öz postlarına hazırlaşdıqları bir vaxtda keçmiş birinci xanım, eks-prezident Nikolay Sarkozinin xanımı Karla Bruni artıq siyasətdən uzaqlaşmağa başlayıb.

Oxu.Az axsam.az-a istinadla xəbər verir ki, eks-model və müğənni Karla yeni mahnı yazdırıb və “French Touch” albomunu hazırlayır. O, hətta “Enjoy the silence” adlı mahnısına klip də çəkdirib. Bruni müsahibəsində ölkənin birinci xanımı olduğu dövrdən ötrü darıxmadığını deyib:

“Məni yanlış anlamayın. Bu, mənim üçün böyük şərəf idi. Birinci xanım olduğum dövrlə bağlı xoş xatirələrim var. Ancaq o dövr üçün darıxmıram. Çünki özünə vaxt qalmırdı”.

Karla Bricit Makrona birinci xanımlıq dövründə uğurlar arzulayıb:

“Mən onunla tanış deyiləm. Ancaq onlar çox xoş insanlardır. Tanımadığın birinə hansısa məsləhət vermək çox çətindir. O, çox ağıllı və ziyalı biridir. Düşünürəm ki, hər şeyin öhdəsindən gələcək”.

 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri