19 
May
2017
15:23
230
64
9590
Virtual karabakh

Mədət Quliyev Azərbaycanda casus şəbəkəsinin ifşasından danışdı

“Azərbaycanın daxilində heç bir təhlükə yoxdur. Xalq prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Lakin Azərbaycan bir çox dövlətlərin maraq dairəsindədir. Bu baxımdan kənardan böyük təhdidlər var”.

Oxu.Az-ın “Report”a istinadən məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

DTX rəisi xatırladıb ki, bir neçə gün öncə casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verilib: “Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova tapşırıq verilib. Onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Xəyanətin üstünün açılması Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün yerinə yetirilməsinin nəticəsidir”.

N.О.

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Siyasət xəbərləri