22 
May
2017
14:43
9
106
1414
Virtual karabakh

MakAlister: Bəzi parlamentarilərin Qarabağa səfərinə görə AP cavabdehlik daşımır

22 May, 2017
14:43
1414

MakAlister: Bəzi parlamentarilərin Qarabağa səfərinə görə AP cavabdehlik daşımır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister AP-nin bəzi üzvlərinin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etməsinə münasibət bildirib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, D.MakAlister Milli Məclisdə keçirdiyi brifinqdə bildirib ki, AP üzvlərinin Dağlıq Qarabağa səfərləri onları öz təşəbbüsləri ilə baş tutub və qurum buna görə cavabdehlik daşımır:

“Səfər Avropa Parlamentinin adından olmayıb, onlar bunu müstəqil şəkildə ediblər. Bilirsiniz ki, Dağlıq Qarabağda fevralın 20-də keçirilmiş referendumu da Avropa Parlamenti tanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. 

Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan həmin parlamentarilərin şəxsi səfərlərinə qarışa bilmərik. Çünki bu, onların müstəqil addımıdır”.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri