22 
May
2017
23:26
44
165
3108
Virtual karabakh

Filippin prezidenti ölkəsini qorumaq üçün “insanları öldürməyə” hazırdır

22 May, 2017
23:26
3108

Filippin prezidenti ölkəsini qorumaq üçün “insanları öldürməyə” hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippini süqutdan qorumaqdan ötrü mən insanları öldürməyə və ya ölkədə hərbi vəziyyət tətbiq etməyə hazıram.

Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya KİV-lərinə müsahibəsində Filippin Prezidenti Rodriqo Duterte söyləyib.

“Əgər hərbi vəziyyət tətbiq etsəm, bütün məsələlər həll ediləcək. Sona qədər gedəcəyəm. Bu müharibə uzun illər getsə də, dayanmayacağam. Məni özümdən çıxarmayın. Filippini süqutdan qorumaqdan ötrü insanları öldürməyə və ya ölkədə hərbi vəziyyət tətbiq etməyə hazıram”, – deyə o bildirib.

Qeyd edək ki, Duterte hakimiyyətə gəldiyi gündən etibarən narkoticarətlə genişmiqyaslı savaşa başlayıb. Filippin lideri ölkədə bütün narkotik istifadəçilərinə qarşı amansız tədbirlər görüb. Nəticədə 6 min nəfər həlak olub.

Onun bu addımları Qərbin kəskin tənqidinə səbəb olub.

O.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri