22 
May
2017
20:40
210
74
1957
Virtual karabakh

Ruhani: Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə beynəlxalq forum keçiriləcək

22 May, 2017
20:40
1957

Ruhani: Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə beynəlxalq forum keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla əlaqələrimizi hökmən strateji səviyyədə davam etdirəcəyik”. 

Oxu.Az-ın məlumatına görə, bu sözləri İran prezidenti, mayın 19-da keçirilmiş prezident seçkilərində qalib gələn Həsən Ruhani bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualına cavabında deyib.

Qarşıdakı 4 il müddətində Azərbaycanla əlaqələrin inkişafı yönündə hansı planlara malik olduğu barədə sualı cavablandıran H. Ruhani bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi gündən indiyədək əlaqələr yaxşı səviyyədə olub: 

“Prezident olduğum dövrdə əlaqələri ən yaxşı səviyyəyə qaldırdıq. Azərbaycan prezidenti ilə dəfələrlə görüşlərimiz oldu. Biz görüşləri ikitərəfli formatdan çıxarıb, üçtərəfli görüşlər də keçirdik. Rusiya prezidenti cənab Vladimir Putinin iştirakı ilə Bakıda üçtərəfli iclasımız oldu. Bu görüşlər inşallah, davam edəcək”.

İran prezidenti yaxın vaxtlarda Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə birgə beynəlxalq forum keçiriləcəyini açıqlayıb. O bildirib ki, forum Azərbaycan və Rusiya vasitəsilə İranı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin inşasına dair olacaq: 

“İran hər iki ölkə ilə birlikdə bu sahədə işlərin davam etdirilməsini planlaşdırır. Sonda bildirməliyəm ki,  Azərbaycan Respublikası o ölkələrdəndir ki, bizim həmin ölkə ilə əlaqələrimiz yaxşı qurulub və gələcəkdə bu əlaqələr strateji formatda hökmən davam etdiriləcək”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri