23 
May
2017
11:27
71
142
1529
Virtual karabakh

Ruhani: Tehran Azərbaycanla əlaqələrini strateji müttəfiqlik səviyyəsinə çatdıracaq

23 May, 2017
11:27
1529

Ruhani: Tehran Azərbaycanla əlaqələrini strateji müttəfiqlik səviyyəsinə çatdıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan İranın çox yaxşı qonşusu və dostudur.

Oxu.Az AZƏRTAC-a istinadla bildirir ki, bu sözləri mayın 22-də İran Prezidenti Həsən Ruhani prezident seçildikdən sonra keçirdiyi ilk mətbuat konfransında deyib.

Həsən Ruhani bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan İranın çox yaxşı qonşusu və dostudur. Rəsmi Tehran bundan sonra da Azərbaycanla əlaqələrini inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə çatdıracaq.

Həsən Ruhani nəzərə çatdırıb ki, yaxın aylarda Tehranda Azərbaycan, Rusiya və İran arasında üçtərəfli danışıqlar aparılacaq. Üçtərəfli danışıqların əsası 2016-cı ildə Bakıda qoyulub. Həmin vaxt Azərbaycan, Rusiya və İran prezidentləri görüşərək geniş müzakirələr aparıblar. Üçtərəfli əməkdaşlığı davam etdirmək xalqlarımızın mənafeyinə uyğundur.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri