23 
May
2017
13:45
12
118
2883
Virtual karabakh

Azərbaycan XİN-i Mançester terroruna münasibət bildirib – YENİLƏNİB

23 May, 2017
13:45
2883

Azərbaycan XİN-i Mançester terroruna münasibət bildirib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son məlumata görə, Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. “Məsələ ilə əlaqədar səfirliyimiz Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən terror aktında ölənlərin sayı 22-yə çatıb. Yaralıların sayı 59 nəfərdir. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

12:14

Azərbaycan Xarici İşlər Nazirliyi Mançesterdə stadionda törədilən terror hücumunu pisləyib. 

Oxu.Az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildiriblər.

“Baş verənlərlə əlaqədar ölənlərin ailələrinə və Britaniya hökumətinə dərin hüznlə başsağlığı veririk”, - XİN-dən bildiriblər.

Qeyd edək ki, mayın 22-də “Mançester Arena”da keçirilən konsert zamanı partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri