23 
May
2017
20:23
110
28
2686
Virtual karabakh

Səfirlik: İkitərəfli turizm sektorunda üçqat artım müşahidə olunur

23 May, 2017
20:23
2686

Səfirlik: İkitərəfli turizm sektorunda üçqat artım müşahidə olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksika səfiri Rodrigo Labardini Azərbaycandakı fəaliyyətinin ikinci ildönümünü qeyd edir. O, bu diplomatik nümayəndəliyinin açılmasından 8 ay sonra Meksikanın Azərbaycandakı ilk səfiri kimi işə başlayıb.

Səfirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, R.Labardininin gəlişi ilə çoxsaylı sahələrdə keçirilən tədbirlər proqramı fəallaşıb. Mədəni tədbirlərin müxtəlifliyi Azərbaycan cəmiyyətinə Meksika mədəniyyətinin xüsusiyyətləri ilə tanış olmağa imkan yaradıb. Bu dövr ərzində baş tutan ikitərəfli səfər və görüşlər sayəsində siyasi, iqtisadi və ticari əlaqələr inkişaf edib.

Ələlxüsus, hər iki ölkənin səfirliklərinin açılması ikitərəfli ticarət artımını stimullaşdırıb. 2014-2015-ci illər ərzində ticarət üçqat artaraq 22 milyon dollardan artıq təşkil edib. Oxşar rəqəmlər 2016-ci ilə də aiddir. Bu artım ticarətin yeni orta göstəricisini əks etdirir. Hazırkı rəqəmlər, hələ ki, ölkələr arasında mövcud potensiala cavab vermir. Eyni şəkildə, ikitərəfli turizm sektorunda da üçqat artım müşahidə olunur.

Azərbaycan cəmiyyətinin maraq göstərdiyi sahələrdən biri də Meksika mədəniyyəti və mətbəxidir. Ənənəvi Meksika mətbəxi YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsi kimi tanınır. Bu mədəni ifadə yalnız dadları və ənənələri deyil, eyni zamanda, həyat tərzləri, təbiət və bölüşmək formalarını da təqdim edir. Bu xüsusda, 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə gələn qonaqların Meksika pavilyonuna göstərdikləri marağı yada salmaq olar. Pavilyonda Meksika istehsalı olan 16 kateqoriyalı məhsullar təqdim olunur, onların arasında üyüdülmüş çili bibəri, çili bibəri tərkibli şirniyyatlar, meyvələr, içkilər, noxud və lobya kimi dənli bitkilər, həmçinin, pivə, tekila və mezkal.

Adıçəkilən dövr ərzində Meksikanın müxtəlif ənənəvi və müasir filmləri təqdim olunub, onlardan bəziləri Azərbaycan dilinə tərcümə edilib. Həmçinin qeyd etmək lazımdır ki, Meksika rəssamlıq nümunələri yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər şəhərlərində nümayiş olunub. Belə ki, 2016-ci ildə Gəncə, Mingəçevir, Qəbələ və Şamaxı şəhərlərindəsəyyar rəssamlıq sərgisi  keçirilib. Hal-hazırda isə meksikalı heykəltəraş Xorxe Marinin əsərləri Heydər Əliyev Mərkəzində nümayiş olunur. Sərgi 2016-cı ilin oktyabr ayında açılıb və cari ilin avqust ayının sonlarınadək davam edəcək.

Səfirlik bundan sonra da Meksika ilə Azərbaycan arasında dostluğu inkişaf etdirərək ikitərəfli münasibətlərin fəal təşviqini həyata keçirəcək.

A.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri