23 
May
2017
19:25
52
78
30596
Virtual karabakh

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

23 May, 2017
19:25
30596

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, iclasda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri