23 
May
2017
17:02
111
16
1280
Virtual karabakh

Zakir Həsənovla Fikri İşık görüşüb

23 May, 2017
17:02
1280

Zakir Həsənovla Fikri İşık görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının milli müdafiə naziri Fikri İşık arasında görüş keçirilib.

Oxu.Az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd ediblər.

Regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə vermək məqsədilə fəaliyyətlərin davam etdirilməsi, birgə təlimlərin keçirilməsi, mütəxəssislərdən ibarət işçi görüşlərinin təşkili, eləcə də hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri