24 
May
2017
08:52
70
10
1843
Virtual karabakh

Avronest PA-da “Metsamor” AES-nin region üçün təhlükə mənbəyi olması məsələsi qaldırılıb

24 May, 2017
08:52
1843

Avronest PA-da “Metsamor” AES-nin region üçün təhlükə mənbəyi olması məsələsi qaldırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti 23 may tarixində Moldova parlamentində keçirilən Avronest Parlament Assambleyasında iştirak edib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, Moldovadakı müxbirinin xəbərinə görə, Avronest Plenar sessiyasında iştirak edən Milli Məclisin deputatı Fərəc Quliyev Avronest PA-nın iştirakçılarının diqqətinə Ermənistanda yerləşən “Metsamor” atom elektrik stansiyasının bütün region üçün böyük təhlükə mənbəyi olduğunu bildirib.

O qeyd edib ki, hələ 2014-cü ildə Avropa komissiyası Ermənistanı bu stansiyanı bağlamağa çağırıb, lakin Ermənistan tərəfi buna heç bir reaksiya verməyib. Dünyada nüvə stansiyalarından imtina ilə bağlı fəal işlərin aparıldığı zaman, millət vəkili iştirakçıları bu stansiyanın regionda qlobal bir problem kimi qəbul etməyə çağırıb. Həmçinin, millət vəkili  iştirakçılara Metsamor AES-nin nüvə tullantılarının  Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində basdırılması faktları ilə bağlı Azərbaycan tərəfinin narahatçılığını çatdırıb.

İclasda iştirak edən Ermənistan Respublikasının nümayəndəsi bildirib ki, bu məsələ Azərbaycan tərəfindən Ermənistana təzyiq etmək üçün qaldırılır. Lakin Avronest PA-nın həmsədri Avropa Parlamentinin deputatı Rebekka Harms Azərbaycan nümayəndəsini dəstəkləyərək, məsələnin çox vacib və aktual olduğunu bildirib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri