24 
May
2017
13:52
198
38
1459
Virtual karabakh

İlham Əliyev Macarıstana səfər edəcək

24 May, 2017
13:52
1459

İlham Əliyev Macarıstana səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfər edəcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfərin bu ilin oktyabrına planlaşdırıldığını deyib.

Diplomat bildirib ki, bu səfər dinamik inkişaf edən münasibətləri daha gücləndirəcək: “Son 25 ildə siyasi rəhbərlər arasında bir sıra yüksək səviyyəli vacib səfərlər həyata keçirilib. Azərbaycan prezidentinin 2014-cü ildə Budapeşt səfərindən sonra əlaqələr strateji səviyyəyə qalxıb. Baş nazir Viktor Orbanın 2016-cı ildə Azərbaycana səfərindən sonra isə səfərlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri