24 
May
2017
17:51
170
93
3248
Virtual karabakh

ABŞ Azərbaycana maliyyə yardımını 90 faiz azaldır

24 May, 2017
17:51
3248

ABŞ Azərbaycana maliyyə yardımını 90 faiz azaldır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentinin administrasiyası büdcənin azaldılması ilə bağlı Konqresə tövsiyələrini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA “Massis Post” nəşrinə istinadən məlumat verir. 

Məlumata əsasən, tövsiyələrdə qeyd olunur ki, 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir.

Ermənistana gəldikdə isə azalma 67 faizdir. Yəni, ABŞ-ın bu ölkəyə maliyyə yardımı 20,4 milyon deyil, 6,7 milyon dollar təşkil edəcək.

Tramp administrasiyası Gürcüstan və Ukraynaya nəzərdə tutulan maliyyə yardımının azaldılmasında da israrlıdır. Müvafiq tövsiyələrdə Gürcüstana maliyyə yardımın 58 faiz, Ukraynaya isə 70 faiz azaldılması məqsədəuyğun sayılıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri