24 
May
2017
19:12
471
63
6640
Virtual karabakh

Roma Papası: Allahdan Azərbaycan vətəndaşlarına xoşbəxtlik diləyirəm

24 May, 2017
19:12
6640

Roma Papası: Allahdan Azərbaycan vətəndaşlarına xoşbəxtlik diləyirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə, məktubda Papa Fransisk ölkənin milli bayramı – Respublika Günü münasibətilə prezident İlham Əliyevə, eləcə də Azərbaycan vətəndaşlarına səmimi təbriklərini çatdırmaqdan sevinc duyduğunu qeyd edib. 

“Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”, - deyə təbrikdə bildirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri